Eden Azar "Çelsi"yə 6 milyon avro qazandırıb

Eden Azar futbolçuluq karyerasını bitirdikdən 7 ay sonra "Çelsi"yə 6 milyon avro qazandırıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Real Madrid" Çempionlar Liqasında finala yüksəldiyinə görə "zadəganlar"a 6 milyon avro ödəyəcək. Bu məddə Azarın Kral klubuna transfer olunarkən müqaviləsində yer almışdı.

Eden Azar 5 il əvvəl "Çelsi"dən "Real Madrid"ə 88 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, belçikalı keçmiş futbolçu bu mövsümün əvvəlində karyerasını bitirdiyini açıqlamışdı.