Eden Azar "Real"dan xəbər gözləyir
Eden Azar karyerasını İspaniyada davam etdirmək niyyətindədir.
SportLine.az "Associated Press"ə istinadən xəbər verir ki, belçikalı hücumçu "Real"a keçmək istəyir.
Futbolçu "Çelsi"nin müqavilə yeniləmək təklifinə rədd cavabı verib və madridlilərdən gələcək təklifi gözləyir.
Məlumata görə, "zadəganlar" E.Azarın transferindən rekord məbləğ qazanmağı planlaşdırır. Buna görə, "kral klubu"nun miqdarı açıqlaynmayan ilk təklifi qəbul edilməyib.
Qeyd edək ki, E.Azar 2012-ci ildə 35 milyon avro müqabilində "Lill"dən "Çelsi"yə keçib. Onun müqaviləsi 2020-ci ildə yekunlaşacaq.