Edeqor həqiqəti açıqladı
"Arsenal"ın futbolçusu Martin Edeqor "Real"dan gedişinin səbəbini açıqlayıb.
Sportline.az xəbər verir ki, o, AS nəşrinə açıqlamasında fikrini belə izah edib: "Madriddə hər şey yaxşı idi. Pozitiv mərhələ idi. Böyük olmağı öyrəndim. Amma, daha çox oynamaq lazım idi. Gedişimdən və hazırkı yerimdən məmnunam".
Edeqor həmçinin, "Real"ı dünyanın ən böyük klubu adlandırıb.
Xatırladaq ki, norveçli yarımmüdafiəçi 2015-2021-ci illərdə kral klubunun formasını geyinib.