Edin Cekonun "Fənərbağça" ilə müqaviləsinin müddəti açıqlandı
"İnter"in hücumçusu Edin Ceko "Fənərbağça" ilə müqavilə bağlamağa yaxındır.
Sportline.az italiyalı jurnalist Nikola Skiraya istinadla xəbər verir ki, bosniya və herseqovinalı futbolçu istanbullularla şəxsi anlaşmanın şərtlərini razılaşdırıb.
Tərəflərin bu həftə 2025-ci ilədək nəzərdə tutulan müqavilə imzalayacağı bildirilir.
Razılaşmaya əsasən Edin Ceko ilinə 4 milyon avro, üstəlik 1 milyon avro bonus qazanacaq.
Qeyd edək ki, 37 yaşlı futbolçunun "İnter"lə müqaviləsinin müddəti iyunun 30-da bitəcək.