"Əl-Hilal" bu futbolçunun ilinə 1 milyard avro təklif edib
Səudiyyə klubu "Əl-Hilal" ötən yay argentinalı hücumçu Lionel Messiyə həftəlik 15-20 milyon avro maaş təklif etmişdi.
Sportline.az Fox Sports Argentina-ya istinadla xəbər verir ki, 37 yaşlı futbolçunun illik qazancı bonuslar da daxil olmaqla 1 milyard avroya çata bilərdi.
"Əl Hilal" bu təklifi Messi PSJ-dən ayrıldıqdan sonra etmişdi. Qeyd olunur ki, hücumçunun "Əl-Hilal"dan başqa, "Barselona" və "İnter Mayami" seçimləri də var idi və nəticədə o, ABŞ klubunu seçdi.