"Əl-İttahad" klubunun yeni baş məşqçisi məlum olub

Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu baş məşqçi postuna fransalı mütəxəssis Loran Blanı gətirdiyini açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 56 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

İyun ayında "Əl İttihad" baş məşqçisi Marselo Qalardonun istefa verdiyini açıqlamışdı, onun rəhbərliyi altında klub ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasını 5-ci yerdə başa vurmuşdu.

Loran Blan son olaraq 2022/2023 mövsümündə "Lion" komandasına rəhbərlik edib. O, bundan əvvəl Fransa millisini, PSJ, "Bordo" və "Əl-Rayyan"ı da çalışdırıb.

Qeyd edək ki, "Əl-İttihad" klubunda Kərim Benzema, N'Qolo Kante və Fabinyo kimi futbolçular çıxış edir.