"Əl-İttihad"ın futbolçusu azarkeşin hücumuna məruz qalıb
"Əl-İttihad"ın futbolçusu azarkeşin hücumuna məruz qalıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı liqasında çıxış edən "Əl-İttihad" klubunun təcrübəli futbolçusu Abderrıza Hamdallah azarkeşin hücumuna məruz qalıb.
Beləki, futbolçunun sua atması nəticəsində əsəbiləşən azarkeş Hamdallahı qamçılamağa başlayıb. Məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra azarkeşdən stadionu tərk etməsi tələb olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Super Kubokunun final görüşündə "Əl-Hilal"la qarşılaşan "Əl-İttihad" 1-4 hesabı ilə məğlub olub.