"El klasiko"nun hakimi bilindi

İspaniya La Liqasında növbəti "El klasiko" maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, 35-ci tura təsadüf edəcək duelin hakimi artıq məlumdur.

İspaniya Futbol Federasiyasının yaydığı məlumata görə görüşü Alexandro Xose Ernandes Ernandes idarə edəcək.

Bu, təcrübəli hakimin karyerasında 4-cü "El klasiko" olacaq.

Qeyd edək ki, mayın 11-də Barselonada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:15-də başlanacaq. 

Əzəli rəqiblərin ilk dövrədəki görüşü "Barselona"nın 4:0 hesablı qələbəsi ilə nəticələnmişdi.