"El Klasiko"nun tarixi açıqlandı
İspaniya La Liqasında yeni mövsümün təqvimi müəyyənləşib. SportLine.az xəbər verir ki, ilk turun görüşləri 21 avqust tarixində keçiriləcək. Çempionatın son qalibi "Barselona" doğma meydanda "Betis"i qəbul edəcək. Madrid "Real"ı isə San-Sebastyan səfərində "Real Sosyedad"la üz-üzə gələcək.
Yeni mövsümün ilk "El Klasiko"sunun da vaxtı açıqlanıb. Beləliklə, La Liqada "Barsa" - "Real" dueli 14-cü tura təsadüf edəcək. Həmin görüş dekabrın 4-də "Nou Kamp"da oynanılacaq. Cavab qarşılaşması isə 33-cü tur çərçivəsində aprelin 23-də keçiriləcək.
Mövsüm gələn ilin 21 mayında yekunlaşacaq.