"El Klasiko"nun vaxtı müəyyənləşdi
İspaniya "La Liqa"sının 31-ci turu çərçivəsində keçiriləcək "Barselona" - "Real" (Madrid) görüşünün vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, matç 2 aprel, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilən qarşılaşmada 4:0 hesabı ilə "Barselona" qələbə qazanıb.