"Əl-Nəsr" Hazardı da istəyir
"Əl-Nəsr" daha bir avropalı ulduzu heyətinə cəlb etmək niyyətindədir.
Sportline.az "Footmercato"ya istinadən xəbər verir ki, "Real"ın futbolçusu Eden Hazard Səudiyyə Ərəbistanı təmsilçisinə keçə bilər. Klubun baş məşqçisi Rudi Qarsiya onun transferini istəyir. Belçikalı yarımmüdafiəçinin yayda "Əl-Nəsr"ə transferi mümkündür.
Qeyd edək ki, Qarsiya Hazardla "Lill"də çalışıb.
Xatırladaq ki, "Əl-Nəsr" dekabrda Kriştiano Ronaldonu transfer edib.