"Əl-Nəsr" ulduzlardan əl çəkmək istəmir: bu dəfə Ramos...
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Kriştiano Ronaldo ilə yanaşı bir ulduz futbolçu heyətinə qatmaq istəyir.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, klub PSJ-nin müdafiəçisi Serxio Ramosla maraqlanır. Bildirilib ki, "Əl-Nəsr" Ronaldonu transfer etsə, daha sonra ispan oyunçunu almağa çalışacaq.
Qeyd edək ki, Ronaldo və Ramos 2009-2018-ci illərdə "Real"da komanda yoldaşı olublar.