"Əl-Qadsiya" ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

Səudiyyə klubu "Əl-Qadsiya" "Yunion SG"da çıxış edən yarımmüdafiəçi Kameron Puertası rənglərinə qatıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 26 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb. Müqavilənin detalları hələ ki, mətbuata açıqlanmayıb.

"Əl-Qadsiya" bu transfer üçün Belçika klubuna 15 milyon avro ödəyib.

Ötən mövsüm "Yunion SG"nın heyətində 56 oyuna çıxan Puertas bu görüşlərdə 14 qol vurub, 23 asist edib.

Qeyd edək ki, "Əl-Qadsiya" klubu elitaya bu ötən mövsüm vəsiqə qazanıb.