Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb

FIFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb.

Sportline.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi VI turda C Liqasının 3-cü qrupunda keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Benks və Endryu Medli olacaqlar.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.