Elias Yelert “Qalatasaray”dan ayrıla bilər
“Qalatasaray”ın 21 yaşlı danimarkalı futbolçusu E.Yelert yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az “Dail Mail” nəşrinə istinadən xəbər verir ki, Yelert ilə bir sıra tanınmış komandalar maraqlanır. “Vest Hem Yunayted”, “Everton”, və “İpsiç Toun” futbolçunun xidmətində maraqlıdır.
“Qalatasaray” rəhbərliyi Elias Yelerti 12 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, E.Yelert mövsümün əvvəlində “Kobenhagen” klubundan “Qalatasaray”a 9 milyon avro qarşılığında transfer olunmuşdu.