Əliyar Ağayevin idarə etdiyi səs-küylü oyun

FIFA referisi Əliyar Ağayevin Avropa Liqasının 3-cü təsnifat mərhələsində idarə etdiyi “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya) oyunundan sonra meydan sahibləri narazılıqlarını bildiriblər.

Sportline.az xəbər verir ki, qarşılaşma Liberets klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ağayev oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan 2, “Slovan”dan 3 futbolçuya sarı vərəqə göstərib.