Eliyot “Liverpul”da xoşbəxt deyil

“Liverpul”un ingiltərəli futbolçusu Harvi Eliyot mövsümün sonunda klubdan ayrılmaq istəyir.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Eliyot daha çox oynaya biləcəyi kluba keçmək niyyətindədir.

21 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Harvi Eliyot bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 3 qol və 1 asistlə yadda qalıb.