Elmar Baxşıyev: “Qarabağ”ı keçmək böyük güc tələb edir”

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 18-ci turunda evdə "Turan Tovuz"la qolsuz bərabərə qaldıqları oyunu şərh edib.

Sportline.az xəbər verir ki, o belə deyib: 

“İlin son oyunu idi. Bilirdik ki, ağır matç olacaq. “Turan Tovuz” əzmkar, yaxşı komandadır. Kubok görüşündən sonra tonus baxımından çətin olacağını bilirdik. Çox güc sərf etmişdik. Düşünülmüş hücumlarımız oldu. Sadəcə tamamlamaqda çətinlik çəkdik. Mövsüm uzundur, futbolçulara da ruhdan düşməməyi tapşırdıq. İkinci yarıda komanda daha yaxşı olacaq. Futbolçularıma təşəkkür edirəm. Sonadək oyun nizam-intizamından qopmadılar. Hələ kubokda heç nəyə nail olmamışıq. “Qarabağ”ı keçmək böyük güc tələb edir”.

Banner