Elnur Camalxanov yenidən idman sahəsində
Azərbaycan Cüdo Federasiyasının sabiq baş katibi Elnur Camalxanov yenidən idman sahəsində fəaliyyət göstərəcək. Sportline.az xəbər verir ki, o, Azərbaycan Milli Karate Federasiyası prezidentinin müşaviri təyin olunub. Təcrübəli idman funksioneri əməkdaşımızla söhbətində, bundan sonra karate idmanının inkişafı istiqamətində bacarığını əsirgəməyəcəyini bildirib. Xatırladaq ki, Elnur Camalxanov 2012-2015-ci illərdə Azərbaycan Cüdo Federasiyası İctimai Birliyinin baş katibi vəzifəsində çalışıb. Hazırda Neapol-Bakı Assosiasiyasının vitse prezidentidir.