Elnur Məmmədli: “Topun kimdə olduğunu görə bilmirdim”

“Topun kimdə olduğunu görə bilmirdim”.

Sportline.az saytına açıqlamasında bu sözləri “Qarabağ” – “Neftçi” matçının şərhçisi, “CBC Sport” telekanalının əməkdaşı Elnur Məmmədli deyib.

O, açıqlamasında hətta ilk hissənin tez bitməsini istədiyini də vurğulayıb: “Düzü, 1-ci dəfədir ki, belə çətin vəziyyətdə oyun şərh edirdim. Demək olar ki, şərhçi nöqtəsindən meydanın mərkəzindən o biri tərəfdə heç nə görünmürdü. 1-ci hissədə “Qarabağ”ın hücuma keçən oyunçularını görmək olmurdu. Yalnız rejissorlar yaxın planda göstərəndə topun kimdə olduğunu görmək olurdu. Əslində, hakim mərkəzdən hər iki tərəfdəki künc bayraqlarını gördüyü üçün oyunu davam etdirmək qaydalar çərçivəsində idi. Amma digər tərəfdən stadiondakı azarkeşlər, televiziya qarşısında oyuna baxanlar nəsə görməkdə çətinlik çəkirdilər. Bu da onlara xoş deyil. Futbol sadəcə meydanda oynayanlar üçün deyil. Bu oyuna azarkeşlər də baxmalıdır. Birinci hissə dəhşətli dərəcədə çətin keçdi. Demək olar ki, heç nə görə bilmirdim. İlk hissənin tez bitməsini gözləyirdim ki, bəlkə fasilədən sonra duman nisbətən çəkilər və rahatlıqla şərh edə bilərəm”.

Banner