Əlvida, "Sampdoriya"!

İtaliya A seriyasını tərk edəcək ilk komanda müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Sampdoriya"dır. Bu gün 34-cü turda səfərdə "Udineze"yə 0:2 hesabı ilə uduzan komanda hazırda 17 xalla sonuncu pillədə qərarlaşıb.

Deyan Stankoviçin çalışdırdığı kollektiv qalan oyunlarında qələbə qazansa belə, elitada qalmayacaq. Komanda növbəti mövsüm B seriyasında çıxış edəcək.

Banner