Elxan Abdullayev: "Çox güman ki, onu komandadan kənarlaşdıracağıq"
"Futbol meydanını rinqlə səhv salmaq olmaz". SportLine.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Elxan Abdullayev CBC Sport telekanalına açıqlamasında deyib.
KATALİN TİRANIN "ŞOU"SU
"Neftçi" - "Qarabağ" matçının son anlarında meydana daxil olan azarkeşə hücum çəkən Katalin Tiranın hərəkəti ilə bağlı fikirlərini bölüşən mütəxəssis, "Futbolçu özünü idmançı kimi aparmalıdır. Doğrudur, azarkeşin meydana daxil olmağı da yaxşı hal deyil. Amma, bu, futbolçuya haqq vermir ki, azarkeşin üzərinə hücum çəksin. Futbolçunu çox ciddi cəza gözləyir. Çox güman ki, onu komandadan kənarlaşdıracağıq".
Xatırladaq ki, "Neftçi" - "Qarabağ" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.