Emeri "Sevilya"nı tərk edir
"Sevilya" klubunun çalışdırıcısı Unai Emeri komandanı tərk etməyə hazırlaşır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis, böyük ehtimalla, PSJ klubuna keçəcək. Bu barədə rəhbərliyə məlumat verən Emeri "əndəlüslər"lə vidalaşacağını bildirib.
Artıq klub baş məşqçi postuna yeni namizəd də tapıb. Unai Emerinin gedişi rəsmiləşsə, komandaya Rudi Qarsiya dəvət olunacaq. "Sevilya"nın frannsalı mütəxəssislə danışıqlara başladığı deyilir.
Qeyd edək ki, Rudi Qarsiyanın son iş yeri "Roma" klubu olub.