Emil Balayevin debütü alınmadı
Qazaxıstan Premyer Liqasında "Akjayık" - "Turan" görüşü təxirə salınıb.
Sportline.az Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi əlverişsiz hava şəraiti və futbolçuların sağlamlığı üçün yüksək riskin olması göstərilib.
Hakimlər briqadası stadionun öt örtüyünü yoxladıqda qazon sahəsinin buz bağladığı, meydanın təmizlənməsi və oyuna hazırlanmasının çətin olduğu qənaətinə gəlib.
Nəticədə məsləhətləşmələrdən sonra görüşün başqa tarixə ertələnməsi qərara alınıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlamalı idi.
Qeyd edək ki, "Turan" komandasının məşqçisi Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadov, qapıçısı isə millinin üzvü Emil Balayevdir.