Emin Mahmudov "Neftçi"ni tərk edə bilər

"Neftçi"nin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.

Sportline.az Rumıniya "Oltenia TV"-cinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya Krayova"ya keçmək ehtimalı var.

Bildirilib ki, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu özü ilə aparmağı planlaşdırır.

"Universitatya Krayova"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.

Banner