Emre Belezoğlu “Qalatasaray”ın baş məşqçisi haqqında danışıb
Emre Belezoğlu həmkarı Okan Buruk haqqında müsbət fikirlər səsləndirib.
Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəsis “Rafine Tv”yə verdiyi müsahibəsində bu fikirləri söyləyib;
“Okan Buruk “Başakşəhər”də çempioluq yaşadı. Daha sonra “Akhisar”da kubok qazandı. “Qalatasaray” ilə ardıcıl 2 Süper Liqa çempioluğu yaşadı. Yəni avropa gedib oradada uğurlu olacağını düşünürəm. Hazırda türk futbolunun ən yaxşı baş məşqçilərindən biri sayılır”, - deyə Emre Belezoğlu bildirib.
Qeyd edək ki, Emre Belezoğlu baş məşqçi kimi “Fənərbağça”, “Başakşəhər” və “Ankaragücü” kimi klubları çalışdırıb.