Emreli "Dinamo"da debüt edə bilər

Millimizin hücumçusu Mahir Emreli sabah yeni komandası Zaqreb “Dinamo”sunda debüt edə bilər.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçunun adının “Sevilya” ilə Avropa Liqasının 1/16 final mərhələsinin səfər matçının iştirak ərizəsinə salınacağı gözlənilir. Lakin futbolçumuz komandaya yeni qoşulduğundan onun sabah əsas heyətdə meydana çıxmaq ehtimalı azdır. Güman etmək olar ki, baş məşqçi Jelko Şopiç Emrelini meydana sonradan daxil edəcək.

Qeyd edək ki, “Sevilya” ilə “Dinamo” arasında ilk görüş fevralın 17-də İspaniyada, cavab oyunu fevralın 24-ü Xorvatiyada olacaq.