“Enfild Roud”da azan oxundu

“Liverpul” klubu müsəlman azarkeşlərinə qarşı hörmətini nümayiş etdirib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi stadionu “Enfild Roud”da Ramazan bayramı tədbiri keçirib.

Tədbirdə axşam azanı oxunub, stadionda olan azarkeşlərə iftar süfrəsi verilib.

“Liverpul”un stadionunda keçirilən tədbiri klubun rəsmi xeyriyyə təşkilatı LFC fondu təşkil edib.