Ərəblər braziliyalı ulduzun ovuna çıxıblar
"Əl-İttihad" "Liverpul"un futbolçusu Fabinyunu transfer etmək niyyətindədir.
Sportline.az The Athletic nəşrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı yarımmüdafiəçi üçün 47 milyon avrodan keçməyə hazırdır.
"Liverpul" artıq inididən Fabinyunun gedişi ilə yarımmüdafiədə yaranacaq boşluğu doldurmaq üçün hərəkətə keçib.
Bu isə sözügedən transferin tezliklə reallaşacağı anlamına gəlir.
Qeyd edək ki, Fabinyu 2026-cı ilədək mersisaydlılara məxsusdur.