Ərəblərin növbəti hədəfi “Mançester Siti”nin ulduzudur
Səudiyyə Ərəbistanı klubu “Əl-Nəssr” gündəmə damğa vuracaq transferə hazırlaşır.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, “Əl-Nəssr” mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi sona çatacaq Kevin De Brüyneni transfer etmək üçün hərəkətə keçib.
32 yaşlı futbolçu artıq uzun müddətdir ki, bir neçə ərəb klubunun maraq dairəsindədir.
“The Athletic”də yer alan xəbərə görə isə, De Brüyne Səudiyyə Ərəbistanında oynamağa müsbət yanaşmır.
Mənbənin iddiasına görə “Mançester Siti” ulduz futbolçu ilə yeni müqavilə imzalayaraq komandada saxlayacaq.