Erik Ten Haq "Mançester Yunayted"dən ayrılmağı düşünmür

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqla yolları ayıracağı ilə bağlı söhbətlər səngimək bilmir.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssisin özü isə, Mançesterdə qalmaq niyyətindədir.

O, sözügedən məsələyə belə münasibət bildirib: "Azarkeşlər daim komandanı və məni dəstəkləyiblər. Hətta küçədə yaxınlaşıb dəstək verənlər olur. Onlar komandanın keçid dövründə olduğunun fərqindədirlər. Hansı problemlərlə üzləşdiyimizi də yaxşı anlayırlar".

Bunu jurnalist Fabrisio Romano X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, 36 oyundan 54 xal toplayan "Mançester Yunayted"in qərarlaşdığı 8-ci pillə klub rəhbərliyinin ürəyincə deyil.

Onlar yeni mövsümə yeni baş məşqçi ilə başlamağı planlaşdırırlar.