Erik Ten Haq Reşforddan narazıdır

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq Markus Reşfordla bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis forvardın performansından narazılığını dilə gətirib.

"Düşünürəm ki, biz ondan narazı olduğumuz kimi, o, da bizdən narazıdır. Bununla belə ondan konkret gözləntilərimiz var. Hazırda isə o, yaxşı formada deyil. İnanıram ki, tezliklə həm komanda, həm də, o, inamlı oyun göstərəcək", - deyə Ten Haq Sky Sportsa bildirib.

Qeyd edək ki, Reşford bu mövsüm meydana çıxdığı 10 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.