Erlinq Haalnd:İldə 70-dən çox oyun keçirəndə formada qalmaq çətindir
"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland futbolçuların həddindən artıq oyun keçirməsindən danışıb.
Sportline.az xəbər verir ki, The Independent nəşri 24 yaşlı hücumçudan sitat gətirib.
"Avro 2024-də gördük ki, futbolçular nə qədər yorğun idilər. Çempionatda futbolçuların üzlərinə baxanda onların futboldan nə qədər bezdiklərini görmək olurdu.
Düşünürəm ki, yeni mövsümdə də belə olacaq.Bəzi futbolçuların tətil etmək üçün çox az zamanı oldu. İndi biz məhz bu yolla gedirik. Düşünmürəm ki, hər oyun hazır ola bilərik. İldə 70 oyun keçirəndə formada olmaq çətin olur" deyə Haaland bildirib.
Qeyd edək ki, norveçli hücumçu ötən mövsüm klub və milli səviyyəsində 53 oyun keçirib.