Erlinq Holanın vəziyyəti yaxşı deyil

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola Erlin Holanın vəziyyətindən narahatdır.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis superforvardın fiziki hazırlığını yaxşı qiymətləndirməyib.

"Holan özünü tam rahat hiss etmir. Buna görə də biz riskə getmək istəmirik. Mövsümün başlamasına az qalıb. O, isə hələ də məşqlərə və oyunlara tam qatıla bilmir. Əzələlərindəki zədələr buna imkan vermir", - deyə Qvardyola "90min"ə bildirib.

Qeyd edək ki, "Mançester Siti"ni avqustun 10-da "Mançester Yunayted"lə Superkubok matçı gözləyir.