Erməni idmançıdan güləşçimizə qarşı təxribat

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.

Sportline.az xəbər verir ki, məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.

Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Xatırladaq ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək (qafqazinfo.az).