Ermənistan millisində ciddi itki

İtaliyanın "Roma" klubunun futbolçusu Henrix Mxitaryan Ermənistan millisindəki karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesablarından paylaşım edib.

Qeyd edək ki, Henrix Mxitaryan 2007-ci ildən Ermənistan yığmasının formasını geyinib.