Ermənistan millisinin baş məşqçisi istefa verdi

Ermənistanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Antonio Flores istefa verib.

Sportline.az Ermənistan Futbol Federasiyasının (EFF) rəsmi saytına istinadən xəbər verir ki, bu addım komandanın İsveçə 0:10 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə oyunundan sonra atılıb. İspaniyalı mütəxəssis EFF prezidenti Armen Melikbekyanla telefon söhbətindən sonra yığmadakı işinə son qoyub.

Yeni baş məşqçinin adı yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, hazırda Ermənistan 8 oyundan 3 xalla 1-ci qrupda Lüksemburqla birgə 5-6-cı yerdə gedir.