Ernandes "Milan"da qalacaq
Teo Ernandesin "Milan"dan ayrılması ilə bağlı mövzu yenidən gündəmə gəlib.
Sportline.az xəbər verir ki, klubun idman və kommersiya məsələləri üzrə müşaviri Zlatan İbrahimoviç də bu mövzuya münasibətini açıqlayıb.
"Teo "Milan"ın oyunçusudur. Bilirik ki, o bizim ailənin üzvü kimi burada özünü xoşbəxt hiss edir. Yeni baş məşqçi ilə onun özü bəyəndiyi futbolu oynamaq imkanı olacaq. Fonseka ilə onun oyunu daha yaxşı alınacaq", - deyə İbrahimoviç mətbuat konfransında sualı cavablandırıb.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə "Real" və "Bavariya" klublarının Ernandeslə maraqlandıı bildirilirdi.