Ertem Şenerden sərt Livakoviç açıqlaması
Tanınmış teleaparıcı Ertem Şener “Fənərbağça” azarkeşlərinin Muslera və Livakoviç müqayisəsinə sərt reaksiya verib.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Ertem Şener Tivitter hesabındakı paylaşımında “Livakoviç kimdir ki, Muslera ilə müqayisə edirsiniz. O ancaq Musleranın əlcəklərini daşıya bilər. Fernando Muslera indiyədək Türkiyədə çıxış etmiş ən mükkəməl qolkiperdir”, - deyib.
Qeyd edək ki, “Fənərbağça” azarkeşləri Livakoviçin gəlişindən sonra Fernando Musleranın kölgədə qalacağını demişdilər.