"Everton" "Beşiktaş"ı 25 milyon avroya razı saldı

"Beşiktaş"ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

SportLine.az xəbər verir ki, "Everton" hücumçunun keçidi üçün "qara qartal"la razılıq əldə edib. "The Guardian"ın məlumatına görə, Liverpul təmsilçisi C.Tosun üçün 25 milyon avro təzminat məbləği ödəyəcək.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2014-cü ildən "Beşiktaş"ın şərəfini qoruyur.