“Everton” brazilyalı futbolçunu transfer edəcək

“Tottenhem”in brazilyalı futbolçusu Rişarlison mövsümün sonunda komandasını dəyişəcək.

Sportline.az “TBR Football”a istinadən xəbər verir ki, “Everton” Rişarlison transfer etmək qərarına gəlib.

27 yaşlı forvardın “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Rişarlison 2018-2022-ci illər ərzində “Everton”da çıxış edib.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 3 qol və 1 asistlə yadda qalıb.

Rişarlisonun hazır ki dəyəri “Transfermarkt” portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.