"Everton" daha bir transferə hazırlaşır

"Beşiktaş"dan Cenk Tosunu alan "Everton" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. 

SportLine.az xəbər verir ki, Liverpul klubu bu dəfə "Arsenal"ın üzvü Teo Uolkotta elçi düşüb. "Liverpool Echo"nun yaydığı məlumata görə, "Everton" rəhbərliyi T.Uolkott üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Sauthempton" da 28 yaşlı hücumçunun xidmətində maraqlıdır.