"Everton" danimarkalı futbolçunun transferini rəsmləşdirib

"Everton" "Napoli"də çıxış edən Yesper Lindströmü icarə əsasında heyətinə qatıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, danimarkalı 2024/2025-ci il mövsümünü Mersisayd klubunda keçirəcək, gələn yay isə Everton futbolçunu birdəfəlik heyətinə qata biləcək.

24 yaşlı futbolçu "Bröndbü" klubunun yetirməsidir. Lindström "Napoli"yə 2023-cü ildə "Ayntraxt"dan keçib.O, İtaliya klubunun heyətində 29 oyunda meydana çıxıb. Xatırladaq ki, Yesper Frankfurt təmsilçisi ilə 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, "Everton" ötən mövsüm Premyer Liqada 40 xalla 15-ci yeri tutub.