"Everton"un cəzası yüngülləşdirildi

İngiltərə Premyer Liqası “Everton”un cəzasını 6 xala endirib.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, daha əvvəl 10 xalı silinən “Everton”un bu cəzası 6 xala endirildi.

Bu qərardan sonra xal sayı 25-ə yüksələn mersisaydlılar düşmə zonasından qurtulublar.

Xatırladaq ki, "Everton" ilk olaraq 2023-cü ilin noyabr ayında maliyyə idarəçiliyinə görə 10 xallıq cəza almış və düşmə zonasına geriləmişdi.