Əvəzetmə sayı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında yeni mövsümdə əvəzetmə sayı 3 olacaq.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Beynəlxalq Futbol Birliyi (IFAB) koronavirus pandemiyasına görə, 2020/21 mövsümünün sonuna qədər 5 dəyişiklik edilməsi barədə qərar qəbul etmişdi. Yeni qaydanın tətbiqi federasiyaların istəyindən asılıdır.