Əziz Yıldırım rəqib prezidenti vurdu: "Əxlaqsızsan!"

Türkiyədə qadın basketbolçuların ölkə birinciliyində qalmaqal yaşanıb. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, insident "Fənərbaxça" “Yakın Doğu Üniversitesi” komandalarının görüşündə qeydə alınıb. 

Matçdan əvvəl  iki klubun prezidenti arasında mübahisə düşüb. Aziz Yıldırım mübahisə vaxtı rəqib həmkarı Işık Eygüngörə şillə vurub və ona, "Sən əxlaqsızsan", - deyib.

Məlumata görə, mübahisəyə səbəb rəqib komandanın oyundan öncə "Fənərbaxça"nın bəzi basketbolçularına transfer təklifi olub.