Fakundo "Mançester Yunayted" keçdi

“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” Uruqvay “Penyarol”ından Fakundo Pellistrini transfer edib. 18 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı “Mançester Yunayted”in bu transfer üçün qarşı tərəfə 8,5 milyon avro ödədiyini bildirir.