Falkao "Qalatasaray"dan gedir?

Radamel Falkao bu yay "Qalatasaray"ı tərk edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Marca" nəşri yayıb. 35 yaşlı kolumbiyalı hücumçuya hazırda Qətər, Səudiyyə Ərəbistanı və MLS klublarından təklif olduğu bildirilir. Qeyd edilir ki, Falkao klub rəhbərliyi ilə görüşdə 2 illik müqavilə təklifi alacağı halda, İstanbulu tərk edəcəyini deyib.

Xatırladaq ki, Falkao "Qalatasaray"a 2019-cu ildə azad agent kimi transfer olunub. Ötən mövsüm o, Türkiyə Superliqasında 17 oyunda 9 qol vurub, 2 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.