Falkao və Arda "Neftçi"yə qarşı oynamaya bilər

“Qalatasaray” Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə görüşdə bəzi aparıcı futbolçuların xidmətindən yararlanmaya bilər.  

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim Super Liqanın I turunda “Qaziantep”lə (3:1) oyuna çıxan heyətə "əl gəzdirəcək".

Onun Arda Turan və Radamel Falkaonu ehtiyatda saxlayacağı gözlənilir.

Terimin heyətdə başqa dəyişikliklərə əl atması da istisna edilmir.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.