Fanatlar etiraz aksiyasına hazırlaşırlar
"Mançester Yunayted"də sular bulanıq olaraq qalır.
Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, yerli azarkeşlər komandanın uğursuz çıxışlarına görə klub rəhbərliyini günahkar sayırlar.
Hiddətlənmiş fanatlar bugünlərdə etiraz aksiyalarına başlamaq niyyətindədirlər.
Qarşılayıcı tədbirlərə əl atan klub rəhbərliyi "Old Trafford" stadionu ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.
Aksiyalar zamanı əlavə polis qüvvələrinin də klub rəhbərliyinə yardımçı olacağı bildirilir.